• Bu elementin kütlə ədədi və yük ədədi nəyə bərabərdir?
E.Rezerford və onun tələbələrinin müxtəlif kimyəvi elementlərin atomları ilə α- zərrəciklərin qarşılıqlı təsirinə dair apardıqları eksperimentlər nəticəsində atom nüvəsini təşkil edən zərrəciklər kəşf edildi.
Protonun kəşfi. E.Rezerford 1919-cu ildə azot atomunu α-zərrəciklərlə bombardman etdikdə bu atomların nüvələrinin parçalanması baş verdi. Aşkar edildi ki, atomların qarşılıqlı təsiri nəticəsində nüvələr iki zərrəciyə parçalandı – oksigen atomuna və hidrogen nüvəsinə. Sonralar bor, flüor, litium, natrium və s. yüngül kimyəvi element atomları ilə α-zərrəciklərin qarşılıqlı təsirlərinə aid aparılan bütün eksperimentlərdə nüvə parçalanmasının hidrogen nüvəsinin yaranması ilə nəticələndiyi aşkar olundu. Beləliklə, müəyyən edildi ki, hidrogen nüvəsi olan bu zərrəcik bütün kimyəvi elementlərin nüvəsinin tərkib hissəsidir. Həmin zərrəcik proton (yunanca “protos” – ilkin) adlandırıldı. O, p hərfi ilə işarə edilir, müsbət elektrik yükünə malik olub modulu elektronun yükünün moduluna bərabərdir.
Protonun kütləsi mp = 1,6726 · 10-27 kq olub elektronun kütləsindən 1836 dəfə
böyükdür. Lakin nüvə yalnız protondan ibarət ola bilməz, əgər bu belə olsaydı,
nüvənin kütləsi
mN = Z · mp (Z – elementin dövri sistemdə nömrəsidir: protonlarının sayıdır)
olmalıdır.