Yaradıcı tətbiqetmə
Araşdırma
2
Ayrılan xromun kütləsini təyin edin.
Məsələ. Polad lövhənin səthinin xrom təbəqəsi ilə örtülmə prosesi (xromlama
prosesi) elektrolitik vannada cərəyan şiddətinin I = 2A qiymətində həyata keçirilmişdir.
Polad lövhə üzərində t = 3 saat müddətində ayrılan xrom təbəqəsinin
kütləsini təyin edin
(kxrom = 18 · 10 -8 kq
kl).
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın
1. Elektrolit – ...
2. Elektrolitik dissosiasiya – ...
3. Elektrolitdə elektrik cərəyanı – ...
4. Elektroliz – ...
5. Elektroliz qanunu – ...
1. Elektrolitik dissosiasiyanın mexanizmi nədən ibarətdir?
2. Elektrolit nədir və onun elektrik keçiriciliyi metalların elektrik keçiriciliyindən nə ilə fərqlənir?
3. Elektroliz prosesini izah edin.
4. Elektroliz qanunu necə ifadə olunur?
Layihə
Elektron resurslarından istifadə edərək “Elektrolizin praktik tətbiqləri” adlı elektron
təqdimat hazırlayın.