Nəticədə kristal çubuğun yarımşəffaf oturacağından qırmızı
rəngli gücləndirilmiş lazer şüası çıxır (
e).
Yaradıcı tətbiqetmə
Araşdırma
2
Hansı diametrli işıqlı ləkə alınar?
Məsələ. Yer səthindən Ayın səthinə çox güclü nazik lazer şüası göndərilir. Şüanın səpilmə
bucağı
α = 10
rad, Yer səthindən Ay səthinə məsafə 380 000 km-dir (
d). Lazer
şüası Ay səthində hansı diametrli işıqlı ləkə yaradar?
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Spontan şüalanma –...; 2. Məcburi şüalanma – ...; 3. Lazer şüalanması
–...; 4. Yaqut kristalında lazer şüalanması almaq üçün ...
1. Lazer şüalanması adi işıqdan nə ilə fərqlənir?
2. Lazer şüalanması necə alınır?
3. Yaqut lazerinin quruluş və iş prinsipini izah edin.
•
Layihə
•
“Lazerlərin tətbiqləri” mövzusunda elektron təqdimat hazırlayın.