İşığın özözünə şüalanması | İşığın məcburi şüalanması |
Spontan şüalanma. Çox qızdırılan cismin işıq şüalandırması hadisəsini Bor nəzəriyyəsi belə izah edir. Cismi qızdırdıqda onu təşkil edən atomlar əlavə enerji alır, bu enerjininin hesabına atomun elektronları nüvədən daha uzaq orbitə keçir. Belə hadisə atomun “həyəcanlanmış” vəziyyəti adlanır. Lakin atom həyəcanlanmış vəziyyətdə uzun müddət qala bilmir, o aldığı əlavə enerjini şüalandıraraq öz dayanıqlı vəziyyətinə qayıdır. Qızdırılan cisimdə atomun həyəcanlanmış vəziyyət alması və şüalanması öz-özünə baş verdiyindən belə şüalanma spontan şüalanma adlanır. Spontan şüalanma nizamsız olur: işıq şüalanması müxtəlif istiqamətlərdə müxtəlif tezliklərdə baş verir. Odur ki belə şüalanmalar zəif olur. Elektrik lampası, şam, göyqurşağı, tonqal, Günəş, qütb parıltısı və s. şüalanmaları spontan baş verir.
Məcburi şüalanma. ABŞ fiziki A.Eynşteyn 1919-cu ildə üzərinə düşən işığın təsiri ilə həyəcanlanan atomların görünən işıq şüalandırdığı ideyasını irəli sürür.
• Atomun yuxarı enerji səviyyəsindən aşağı enerji səviyyəsinə özbaşına (spontan) deyil, xarici təsir altında keçməsi məcburi şüalanma adlanır.
1954-cü ildə rus fizikləri N.Basov və A.Proxorov, ABŞ alimi Ç.Tauns elektromaqnit dalğalarını gücləndirmək məqsədilə iş prinsipi məcburi şüalanmaya əsaslanan ilk generator hazırlayırlar.