Bu halda elektron get-gedə aşağı orbitlərə keçməli və nəhayət, nüvə üzərinə düşməlidir – atomun varlığına son qoyulmalıdır. Əslində isə atom sistemi davamlı olaraq mövcuddur.
Atomun Bor modeli. Rezerfordun izah edə bilmədiyi bu çətin vəziyyətdən çıxış yolunu 1913-cü ildə danimarkalı fizik Nils Bor göstərdi. O, postulatlar (isbatsız qəbul olunmuş hökm və aksiom) şəklində atom modelinin təkmilləşmiş nəzəriyyəsinin əsas qanunlarını formalaşdırdı.
Birinci postulat: atomlar yalnız hər birinə müəyyən enerji uyğun gələn xüsusi stasionar hallarda və ya kvant hallarında ola bilər. Stasionar halda atom elektromaqnit dalğaları şüalandırmır və udmur.
İkinci postulat: atom böyük enerjili stasionar haldan kiçik enerjili stasionar hala keçdikdə şüalanma baş verir. Bu zaman elektron uzaq orbitdən nüvəyə yaxın orbitə keçir. Əksinə, atom enerji udduqda kiçik enerjili stasionar haldan böyük enerjili stasionar hala keçir. Bu zaman elektron nüvəyə yaxın orbitdən uzaq orbitə keçir.
Nə öyrəndiniz