4.2
Atomun quruluşu və atom
nüvəsinin tərkibi haqqında
6-cı sinif “Fizika” və 7-ci
sinif “Kimya” dərsliklərinin
uyğun mövzularından
məlumat almısınız.
Araşdırma
1
Bu, atomun hansı modelidir?
Məsələ. Şəkildə atomun quruluş modellərindən birinin
sxemi təsvir edilmişdir (
a). Sxemi iş vərəqinə köçürün və
uyğun rəqəmlərlə hansı zərrəciklərin işarə edildiyini
müəyyənləşdirin.
Nəticəni müzakirə edin:
- Şəkildə atomun hansı modelinin sxemi təsvir edilmişdir?
- Sxemə əsasən, atom hansı zərrəciklərdən ibarət əlaqəli
fiziki sistemdir?
•
|
Əsas işləri: qazların rentgen şüalarının təsiri
ilə ionlaşması, katod və anod şüalanmalarının
kəşfi. 1906-cı ildə Nobel mükafatı almışdır.
|
Atomun Tomson modeli. Alimlər atomun bərabər sayda müsbət və mənfi yüklü
zərrəciklərdən ibarət elektroneytral quruluşa malik olduğunu XIX əsrin sonlarından
bilirdilər. İngilis fiziki Cozef Con Tomson 1897-ci ildə elektronu kəşf etdi və müəyyən
olundu ki, elektronun kütləsi hidrogen atomunun kütləsindən ≈ 2000 dəfə kiçikdir.
Bir tərəfdən bu fakta, digər tərəfdən isə atomun elektrik cəhətdən neytral olması
faktına əsaslanan Tomson 1903-cü ildə atomun quruluşunun ilk modelini irəli sürür.
Bu modelə görə, atom radiusu təxminən 10-10 olan kürə formasındadır. Müsbət
yüklər həmin kürənin bütün kütləsində bərabər sıxlıqla paylanır,
mənfi yüklü elektronlar bu kütlə daxilində “keksdə kişmiş” kimi
yerləşir (
b). Atomun Tomson modeli bəzi hadisələri izah etməyə
imkan verdi, məsələn, atomun ionlaşması, elektroliz, kimyəvi
elementlərin dövri sistemi və s. Lakin bu model radioaktivliyi,
elektromaqnit hadisələrini və s. izah edə bilmədi.
•
|
Atomun planetar modelinin yaradıcısı. 1908-ci
ildə Nobel mükafatı almışdır.
|