Müəyyən olunmuşdur ki, α-şüalanma helium nüvəsi selindən ibarətdir. Onun nüfuzetmə qabiliyyəti zəifdir və hətta 0,1 mm qalınlığında olan kağız vərəq tərəfindən saxlanılır. β-şüalanma çox böyük sürətə malik elektron selidir. Bu zərrəciklərin nüfuzetmə qabiliyyəti nisbətən böyükdür – bir neçə millimetr qalınlığında sink lövhə β-şüaların qarşısını ala bilir. γ-şüalanma elektromaqnit şüalanmasıdır. O, elektrik cəhətdən neytral olduğundan elektrik və maqnit sahələrinin təsirinə məruz qalmır. Bu şüaların nüfuzetmə qabiliyyəti çox yüksəkdir: qalınlığı 1sm olan qurğuşun, 5 sm olan beton və 10 sm olan şüşə lövhə onun təsirini 2 dəfə azalda bilir, lakin tam uda bilmir.
Nə öyrəndiniz