• Elektrolitdən cərəyan keçərkən elektrodlar üzərində maddə ayrılması prosesi elektroliz adlanır.
İngilis alimi Maykl Faradey (1791-1867) elektroliz zamanı elektrodlar üzərində ayrılan maddənin kütləsinin hansı fiziki kəmiyyətlərdən asılı olduğunu müəyyənləşdirmişdir. Elektroliz qanunu adlanan bu asılılıq belə ifadə olunur:
• Elektroliz zamanı elektrodlar üzərində ayrılan maddənin kütləsi elektrolitdən keçən elektrik yükünün miqdarı ilə düz mütənasibdir.
m = k · q
və ya
m = kIt
Burada m – elektrod üzərində ayrılan maddənin kütləsi, q – elektrolitdən keçən elektrik yükünün miqdarı, k – mütənasiblik əmsalı olub maddənin elektrokimyəvi ekvivalentidir. Elektrokimyəvi ekvivalentin BS-də vahidi:
[k] = [m]
[q] = 1 kq
Kl
Maddənin elektrokimyəvi ekvivalenti ədədi qiymətcə elektrolitdən 1Kl yük keçərkən elektrod üzərində ayrılan maddənin kütləsinə bərabərdir. Elektrokimyəvi ekvivalent valentlikdən və maddənin növündən asılı olaraq müxtəlif qiymətə malikdir (cədvəl 1.1).
Maddə | Valentliyi |
Elektrokimyəvi ekvivalent k, (mq Kl) |
Civə | 1 | 2,0736 |
Gümüş | 1 | 1,1179 |
Qurğuşun | 2 | 1,0736 |
Brom | 1 | 0,8282 |
Qızıl | 3 | 0,6812 |
Mis | 1 | 0,6588 |
Mis | 2 | 0,3294 |
Qalay | 2 | 0,6150 |
Platin | 4 | 0,5058 |
Xlor | 1 | 0,3674 |
Sink | 2 | 0,3388 |
Nikel | 2 | 0,3041 |
Nikel | 3 | 0,2027 |
Natrium | 1 | 0,2383 |
Dəmir | 3 | 0,1929 |
OH qrupu | 1 | 0,1763 |
Kükürd | 2 | 0,1661 |
Alüminium | 3 | 0,0932 |
Oksigen | 2 | 0,0829 |
Hidrogen | 1 | 0,01045 |