3.17
Hər biriniz istirahətdə olduğunuz yerlərin mənzərələrini
və rastlaşdığınız maraqlı hadisələrin
fotoşəkillərini çəkməyi xoşlayırsınız. Bəziləriniz
bunu fotoaparatla, bəziləriniz isə mobil
telefonun fotokamerası ilə edirsiniz.
Araşdırma
1
“Fotoaparat” hazırlayaq.
Təchizat: bir tərəfi açıq kvadrat
qutu (tünd rəngdə. Qutunu şirə
qutusundan da hazırlaya
bilərsiniz), karton boru, lupa,
qayçı, yapışqan, kalka kağızı,
yapışqanlı lent.
İşin gedişi:
-
Qayçıyla qutunun dibində
dəlik açın. Onun ölçüsünü
elə tənzimləyin ki, karton
boru orada rahat fırlana
bilsin (a).
-
Qutunun açıq tərəfinə kalka
kağız yapışdırın (b).
- Lupanı borunun açıq ağzına
yapışqanlı lentlə bərkitməklə
obyektiv hazırlayın (c).
- Aparatın obyektivini yaxşı
işıqlandırılan hər hansı
cismə, kalkalı tərəfini isə
(okulyarı) gözünüzə doğru
yönəldin (d).
Nəticəni müzakirə edin:
- Fotoaparatınızda nə üçün
cismin xəyalı tərsinə çevrilmiş
alındı?
- İş vərəqində bu cismin
xəyalının alınma sxemini
çəkin.
İnsanlar gözü ətraflı öyrəndikdən sonra onun quruluş və iş prinsipi əsasında
cisimlərin xəyallarını alıb saxlayan optik qurğu – fotoaparat düzəltdilər.
Fotoaparat – cismin həqiqi xəyalını çəkib sənədləşdirən (yadda saxlayan) optik
qurğudur.