Araşdırma
Görmənizi onlayn yoxlayın.
Təchizat: kompüter, internetdən
http://www.eyeexamonline.com/ru/exam-righteye_
what-letters-are-clear.html saytı.
İşin gedişi:
- Göstərilən internet saytına daxil olun və monitordan 1m məsafədə əyləşin.
- Əvvəlcə sağ gözünüzü yoxlayın. Bunun üçün sol gözünüzü örtün və sağ gözünüzü
gərginləşdirmədən ekranda rahat görə bildiyiniz sətrin üzərində kursoru sıxın, həmin sətir cədvəlin
altında ayrıca yazılacaq (f).
- İndi isə sol gözünüzü yoxlayın. Bunun üçün sağ gözünüzü örtün və təcrübəni
təkrarlayın.
Nəticəni müzakirə edin:
• Hansı gözünüz daha yaxşı görür?
• Göz yaxından görəndirsə, o, cədvəldən hansı sətirdəki hərfləri aydın görər?
• Göz uzaqdan görəndirsə, o, cədvəldən hansı sətirdəki hərfləri aydın görər?