Araşdırma
2
Nəzərinizi vərəqdəki rəqəmlərə yönəldin, rəqəmlərin və lövhədəki yazıların hansı aydınlıqla görünməsinə diqqət edin.
Nəticəni müzakirə edin:
Vərəqdəki dəlikdən lövhədə yazılan sözə baxdıqda, hansı yazını – rəqəmləri, yoxsa sözləri daha dəqiq və aydın gördünüz?
Nəzərinizi vərəqdəki yazıya yönəltdikdə, hansı yazını daha dəqiq və aydın gördünüz?
Uzağa və yaxına baxdıqda göz bülluru formasını necə dəyişdi?
Nə öyrəndiniz
•
İnsan gözünün quruluşu təsvirini iş vərəqinə köçürün və nöqtələrin yerinə açar sözlərdəki uyğun sözü yazın.
Açar sözlər: •sklera • tor təbəqə • göz bəbəyi • buynuz təbəqə • • büllur • görmə siniri • əlvan təbəqə • şüşəyəbənzər cisim •
Öyrəndiklərinizi yoxlayın
Nə üçün gözə daxil olan işıq şüaları onun tor təbəqəsində fokuslanmalıdır?
Tor təbəqədə cismin hansı xəyalı alınır: mövhumi, yoxsa həqiqi?
Bəbəyin “vəzifəsi” nədir?
Gözün optik sistemini hansı elementlər təşkil edir?
Belə bir deyim var: “İnsan gözü ilə görmür, göz görmək üçün bir vasitədir”. Bu fikir doğrudurmu?