Praktik iş
3.2
Toplayıcı linzanın fokus məsafəsinin və
optik qüvvəsinin təyini.
Təchizat: dayaq üzərində olan toplayıcı linza,
işıq mənbəyi (lampa və ya şam), ekran, ölçü lenti.
İşin gedişi:
- Lampanı masanın bir kənarında, ekranı digər
kənarında, linzanı isə onların arasında
bir düz xətt boyunca yerləşdirin.
- Lampanı yandırın, onun telinin ekranda aydın
xəyalı alınana qədər linzanı düz xətt
boyunca hərəkət etdirin.
- Cisim və xəyal məsafələrini ölçün.
-
Toplayıcı linzanın fokus məsafəsini və optik
qüvvəsini linza düsturuna əsasən təyin edin:
1
F = 1
d + 1
f; D = 1
d + 1
f.
- Cisim məsafəsini dəyişməklə təcrübəni bir neçə dəfə təkrarlayın.
- Təcrübənin sxemini və cədvəli iş vərəqinə köçürün. Ölçmənin nəticələrini aşağıdakı
cədvələ yazın: