Yaradıcı tətbiqetmə
Araşdırma
2
Xəyal mövhumidir, yoxsa həqiqi?
Məsələ. Optik qüvvəsi +4,5 dptr olan lupa ilə cismə 2 sm məsafədən baxdıqda onun böyüdülmüş
xəyalı müşahidə olundu. Cismin xəyal məsafəsini təyin edin. Xəyal mövhumidir,
yoxsa həqiqi?
Nəticəni müzakirə edin:
• Xəyal məsafəsini hansı düsturla təyin etmək lazımdır?
• Xəyalın mövhumi, yoxsa həqiqi olduğunu necə müəyyən etmək olar?
• |
İş vərəqində verilən açar sözlərin izahını və riyazi ifadəsini
qeyd edin. |
Açar sözlər: •linza düsturu • linzanın optik qüvvəsi•
•linzanın xətti böyütməsi • dioptriya•
1. Linzanın fokus məsafəsini necə təyin etmək olar?
2. Linzanın optik qüvvəsi nədən asılıdır?
3. Mövhumi xəyal verən toplayıcı nazik linza düsturunu yazın.
4. Linzanın böyütməsini necə təyin etmək olar?