Buradan
fF = df - dF və ya df = fF + dF
alınır.
Axırıncı ifadənin bütün hədlərini fdF hasilinə böldükdə:
1
F = 1
d + 1
f. (3)
(3) ifadəsi toplayıcı nazik linza düsturudur. Toplayıcı linzada xəyal mövhumi
alınarsa, 1
f həddinin qarşısında mənfi işarəsi yazılır.
Nazik linza düsturunda
1
F = D (4)
olub linzanın optik qüvvəsi adlanır:
• Linzanın optik qüvvəsi – baş fokus məsafəsinin tərs qiymətinə bərabər kəmiyyətdir. BS-də optik qüvvənin vahidi dioptriyadır (1 dptr.).
1 dioptriya – fokus məsafəsi 1 m olan toplayıcı linzanın optik qüvvəsidir:
[D] = 1
[F] = 1
m = 1 dptr
(4) ifadəsini (3)-də nəzərə aldıqda toplayıcı nazik linza düsturu belə də yazılar:
D = 1
d + 1
f. (5)
Səpici linzada baş fokus nöqtəsi və xəyal mövhumi olduğundan 1
F və 1
f hədlərinin
qarşısında mənfi işarəsi yazılır. Beləliklə, səpici nazik linza düsturu:
- 1
|F| = 1
d - 1
|f|. (6)
Cismin linzada alınan xəyalının xətti ölçüsünü öz ölçüsü ilə müqayisə etmək üçün linzanın xətti böyütməsi adlanan kəmiyyətdən istifadə olunur:
• Linzanın xətti böyütməsi – xəyalın xətti ölçüsünün cismin xətti ölçüsünə nisbətinə bərabər fiziki kəmiyyətdir. Linzanın xətti böyütməsi (qamma) Γ hərfi ilə işarə edilir:
Γ H
h. (7)
(1) ifadəsindən görünür ki:
Γ f
d. (8)
• Linzanın xətti böyütməsi – xəyal məsafəsinin cisim məsafəsinə nisbətinə bərabər olan fiziki kəmiyyətdir. Xətti böyütmə adsız kəmiyyətdir.