Araşdırma
1
Linzada hansı xəyal alındı?
Təchizat: fokus məsafəsi məlum olan toplayıcı linza, şam, kibrit,
ekran.
İşin gedişi: 1. Masa üzərində bir düz xətt boyunca ekran, toplayıcı
linza və yanan şam yerləşdirin. Şamı linzanın ikiqat fokus
məsafəsindən uzaqda yerləşdirin (
a). 2. Ekranda şam alovunun dəqiq
xəyalı alınana qədər onu linzaya yaxınlaşdırıb uzaqlaşdırın. 3. Şamı
linzanın fokusu ilə ikiqat fokusu arasında yerləşdirin. Ekranda şam
alovunun dəqiq xəyalı alınana qədər onu linzadan uzaqlaşdırın.
Nəticəni müzakirə edin:
- Ekranda alınan xəyallarla şam alovunun özünün müqayisəsindən hansı fərqləri
müşahidə etdiniz?
- Ekranda alınan xəyalların həqiqi və ya mövhumi ola bilməsi haqqında nə kimi mülahizəniz var?