Beləliklə, toplayıcı və səpici linzaların elementləri nazik linzada müvafiq surətdə sxematik olaraq şəkildəki kimi göstərilir (k).
– Linzanın optik mərkəzi ilə fokus nöqtəsi arasındakı məsafəyə linzanın fokus məsafəsi deyilir. Fokus məsafəsi də F hərfi ilə işarə olunur.
Hər bir linzanın iki baş fokus nöqtəsi vardır. Bircins mühitdə bu nöqtələr linzanın hər iki tərəfində eyni məsafədə yerləşir (bax: k).
– Linzanın baş fokus nöqtəsindən baş optik oxa perpendikulyar keçirilən müstəvi fokal müstəvi adlanır. Bütün optik oxların fokal müstəvi ilə kəsişdiyi nöqtə həmin oxa nəzərən linzanın fokusudur (bax: f).
Toplayıcı linzada ixtiyari optik oxa paralel düşən işıq şüaları linzada sındıqdan sonra fokal müstəvinin həmin optik oxla kəsişdiyi nöqtədə, linzanın fokusunda toplanır (I).