İşığı müxtəlif məsafələrə, çətin keçilən yerlərə
ötürmək üçün işıqötürən adlanan optik cihaz tətbiq
edilir. İşıqötürən çox kiçikdiametrli şəffaf lif və ya
elastik boru olub xaricdən optik sıxlığı az olan maddə
ilə örtülür. Belə liflərdə işıq dəfələrlə tam daxili qayıtmaya
məruz qalır (g).
Zərgərlər təbii qiymətli daşların dəyərini artırmaq və
onları daha da cəlbedici etmək üçün əsrlərdir ki, işığın tam daxili qayıtma hadisəsindən
istifadə edirlər. İnsanlar, adətən, qiymətli daşlara parlaq işıq altında baxırlar.
Bu zaman işıq mənbəyinin hansı tərəfdə olmasından asılı olmayaraq daşın bəzi
üzlərinin daxili səthləri səthlərinə düşən
şüaları güzgü kimi əks etdirərək, daşda
bərqvurma effekti yaradır. Daşı çevirdikdə
“daxili güzgü” rolunu onun digər
üzü oynayacaqdır (
h).
Bu səbəbdən də brilyant adlandırılan
almaz qaş işıq şüasının düşmə istiqamətindən
asılı olmayaraq bərq vurur
(i).
Yaradıcı tətbiqetmə
Araşdırma
2
İşığın tam daxili qayıtmasını yoxlayaq.
Təchizat: optik disk, yarımsilindr formalı şüşə
lövhə, transportir, dördrəqəmli riyaziyyat cədvəli
(V.A.Bradis).
İşin gedişi: 1. Şüşə lövhəni optik diskin mərkəzinə
bərkidin, işıq şüasını yarımsilindrin radiusu boyunca
yönəldin və onun şüşə-hava sərhədində sınmasını
müşahidə edin (
j). 2. İşıq mənbəyini disk
boyunca elə hərəkət etdirin ki, şüanın şüşə-hava
sərhədinə limit bucağına bərabər bucaq altında
düşməsi təmin olunsun, bu halda şüa iki mühiti
ayıran sərhəd boyunca yayılır. Limit bucağını
transportirlə ölçün. 3. İşıq mənbəyini disk boyunca
bir qədər də hərəkət etdirib şüanın yarımsilindr
üzərinə limit bucağından böyük bucaq altında düşməsini
təmin edin. Təcrübənin sxemini iş vərəqinə
çəkin.
Nəticəni müzakirə edin:
- İşıq şüasının şüşə-hava mühitləri üçün tam daxili qayıtmasının limit bucağı nəyə
bərabərdir?
- İşıq şüası şüşə-hava sərhədinə hansı bucaq altında düşdükdə tam daxili qayıtma
hadisəsi baş verdi?