- Sancaqları çıxarıb yerlərini karandaşla işarələyin. Sonra şüşə lövhənin konturunu xətləyib
onu da kənarlaşdırın.
- A və B, sonra isə C və D nöqtələrindən keçməklə trapesiyanın səthi ilə kəsişənə qədər
uyğun xətlər çəkin. Kəsişmə nöqtələrini qeyd edin və bu nöqtələrdən keçməklə elə qırıq
xətlər çəkin ki, AM və AP məsafələri bərabər olan iki düzbucaqlı üçbucaq alınsın: Δ AMN
və Δ APQ (bax: b).
- Uyğun ölçmələr aparın və işığın sınma qanunundan istifadə etməklə şüşənin sındırma
əmsalını hesablayın:
n = sinα
sinγ; sinα = MN
AM; sinγ = PQ
AP.
Buradan alınır:
n = sinα
sinγ = MN
AM · AP
PQ ,
burada
AM =
AP olduğundan
n = MN
PQ .
Deməli, təcrübədə şüşənin sındırma əmsalını təyin etmək üçün MN və PQ məsafələrini ölçmək
kifayətdir (bax:
b).
- Təcrübənin sxemini iş vərəqinə çəkin və şüşənin sındırma əmsalı üçün aldığınız qiyməti
onun cədvəl qiyməti ilə müqayisə edin.