1. Verilən mühitlərdə sınan şüanın sonrakı yolunu çəkin (təxmini).
2. Hansı halda sınma bucağı düşmə bucağından böyük ola bilər?
3. İşıq paralel üzlü müstəvi şüşə lövhədən sınmaya məruz qalmadan keçə bilərmi?
Praktik iş
3.1
Şüşənin sındırma əmsalının təyini.
Təchizat: xətkeş, üçbucaqlı
xətkeş, trapesiya formalı şüşə
lövhə, karton parçası, ağ kağız,
başlıqlı sancaq (4 əd.), karandaş.
İşin gedişi:
- Şüşə lövhəni altına karton
qoyulmuş kağız vərəqin üzərində
yerləşdirin.
- Sancaqlardan birini lövhənin
divarına toxundurmaqla A
nöqtəsində kağıza sancın.
Gözünüzü masa səviyyəsində
elə yerləşdirin ki,
lövhənin bir tərəfindən
baxdıqda onun digər
tərəfindəki sancağın gövdəsi
görünsün (a).
- Gözünüzün yerini
dəyişmədən lövhəni azacıq
elə döndərin ki, sancağın şüşədən
kənarda görünən başlığı
ilə şüşədən görünən gövdəsi
bir-birinə nəzərən yerini
dəyişmiş olsun.
- Sonra qalan sancaqları B, C və D nöqtələrinə elə sancın ki, D sancağına baxdıqda o,
arxasındakı digər üç sancağı “gizlətsin” – onların hamısı bir düz xətt boyunca düzülmüş
kimi görünsün (b).