- Fincanın dibinə metal pul qoyun və ona elə yerdən baxın ki, fincanın kənarı pulu örtmüş
olsun (o görünməsin). Fincana su tökülərsə, pul görünər. Nə üçün? Cavabınızı sxem çəkməklə
əsaslandırın.
- Mühitin mütləq sındırma əmsalının fiziki mənası nədir?
- Hansı halda sınma bucağı düşmə bucağından böyük ola bilər?
- Şəkildə təsvir olunan mühitlərin optik sıxlıqlarını və sındırma əmsallarını müqayisə edin.