3.1 cədvəlində müxtəlif mühitlərin mütləq sındırma əmsallarının qiymətləri verilmişdir.
Cədvəl 3.1.
Almaz |
2,42 |
Skipidar |
1,47 |
Şüşə |
1,57 |
Qliserin |
1,47 |
Daş duz |
1,54 |
Etil spirti |
1,36 |
Kvars |
1,54 |
Su |
1,33 |
Bitki yağı |
1,52 |
Buz |
1,31 |
Pleksiqlas (üzvi şüşə) |
1,50 |
Hava |
1,00029 |
Beləliklə, iki mühit sərhədində işığın sınma qanununu ümumi şəkildə belə də
yazmaq olar:
sinα
sinγ = n2
n1 = v1
v2.
İfadədən göründüyü kimi, mühitlərin sındırma əmsallarının nisbəti işığın bu mühitlərdə
yayılma sürətlərinin tərs nisbətinə bərabərdir. Bu o deməkdir ki, işığın iki
şəffaf mühitin sərhədində sınması onun müxtəlif mühitlərdə müxtəlif sürətlə yayılmasının
nəticəsidir. İşığın yayılma sürətinin kiçik olduğu mühit sındırma əmsalı
böyük, işığın yayılma sürətinin böyük olduğu mühit isə sındırma əmsalı kiçik mühit
adlanır.
Araşdırma
2
İşığın sınma qanununu yoxlayaq.
Təchizat: optik disk, yarımsilindr formalı şüşə lövhə,
transportir, dördrəqəmli riyaziyyat cədvəli (V.A.Bradis).
İşin gedişi:
- Şüşə lövhəni optik diskin mərkəzinə bərkidin və mənbədən
çıxan işıq şüasını onun səthinə müəyyən düşmə bucağı, məsələn,
42° bucaq altında yönəldin. Şüanın sınma bucağını təyin
edin (c).
- İşıq mənbəyini disk boyunca hərəkət etdirməklə düşmə
bucağının 30°, 45°, 60° və s. qiymətlərinə uyğun sınma bucaqlarını
təyin edin.
- Dördrəqəmli riyaziyyat cədvəlindən istifadə etməklə düşmə və
sınma bucaqlarının sinuslarının qiymətləri nisbətini hesablayın.
Nəticəni müzakirə edin:
• Araşdırmadan işığın sınması haqqında hansı qanunauyğunluğu müəyyən etdiniz?
• Verilən açar sözlər əsasında iş vərəqində qısa məlumat yazın.
Açar sözlər: •işığın sınması • işığın sınma qanunu • mütləq
sındırma əmsalı • optik sıx mühit • optik seyrək mühit •