Araşdırma
1
İşıq iki şəffaf mühitin sərhədinə düşdükdə nə baş
verir?
Təchizat: müstəvi plastmas ağ lövhə, içərisində su
olan akvarium, xətkeş, lazer fənəri, süd (50 q), karandaş.
İşin gedişi:
- Südü akvariuma tökməklə suyu bir qədər
tutqunlaşdırın.
- Lövhənin orta hissəsində tərəflərindən birinə
perpendikulyar olmaqla qırıq xətt çəkin. Sonra onu
suya elə batırın ki, bu xətt su səthinə perpendikulyar
olsun (a).
- Lazer şüasını lövhə boyunca suyun üzərinə, perpendikulyarın səthə toxunan nöqtəsinə
yönəldin. Şüanın su daxilindəki yoluna diqqət edin.
- Şüanın düşmə bucağını dəyişməklə onun sudakı yolu ilə perpendikulyar arasındakı
bucağın (sınma bucağının) necə dəyişdiyini izləyin.
Nəticəni müzakirə edin:
- Demək olarmı ki, hava-su sərhədinə düşən şüa, sınan şüa və şüanın düşmə nöqtəsindən
səthə qaldırılan perpendikulyar bir müstəvi üzərindədir?
- Düşən şüa ilə suda sınan şüanın düşmə nöqtəsindən səthə qaldırılan perpendikulyarla
əmələ gətirdikləri α və γ bucaqları arasında hansı münasibəti müşahidə etdiniz?
- Beləliklə, işığın iki şəffaf mühitin sərhədində sınma hadisəsi üçün hansı ümumi nəticəyə
gəlmək olar?