2. Cisim güzgünün əyrilik mərkəzindən uzaqda olduqda: d > R. Xəyal güzgünün əyrilik mərkəzi ilə fokusu arasında (R > f > F), həqiqi, tərsinə çevrilmiş və kiçildilmiş alınır (bax: a).
3. Cisim güzgünün əyrilik mərkəzində olduqda: d=R. Xəyal güzgünün əyrilik mərkəzində (f=R), həqiqi, tərsinə çevrilmiş və özü boyda alınır.
4. Cisim güzgünün əyrilik mərkəzi ilə fokusu arasında olduqda: R > d > F. Xəyal güzgünün əyrilik mərkəzindən uzaqda (f > R), həqiqi, tərsinə çevrilmiş və böyüdülmüş alınır (b). Burada B nöqtəsindən çıxan iki şüadan istifadə edilmişdir: birincisi, baş optik oxa paralel düşən şüa və ikincisi, güzgünün qütb nöqtəsinə düşən şüa.
5. Cisim güzgünün fokusunda olduqda: d = F. Xəyal sonsuzluqda alınır: f → ∞.
6. Cisim güzgünün fokusu ilə qütb nöqtəsi arasında olduqda: d < F. Xəyal güzgünün arxasında – mövhumi, düzünə və böyüdülmüş alınır.
Qabarıq güzgüdə xəyalın qurulması. Qabarıq güzgü mövhumi fokusa malik olduğundan cisim məsafəsindən asılı olmayaraq bütün hallarda xəyal güzgünün arxasında (mövhumi), güzgünün təpə nöqtəsi ilə fokusu arasında, düzünə və kiçildilmiş alınır (c). Burada da AB cisminin xəyalının qurulmasında iki şüadan istifadə edilmişdir.