Çökük güzgünü diskin mərkəzində
yerləşdirin və işıq mənbəyindən onun
üzərinə bir neçə paralel şüa yönəldin.
Bu zaman işıq mənbəyini disk boyunca
hərəkət etdirərək elə tənzimləyin
ki, orta şüa qayıtdıqdan sonra
düşdüyü istiqamətin əksinə yönəlsin
(180°). Kənar paralel şüaların
kəsişmə nöqtəsinə diqqət edin (h).
Təcrübəni qabarıq güzgü ilə təkrarlayın: güzgünü diskin mərkəzində yerləşdirib
üzərinə bir neçə paralel şüa yönəldin. Güzgünün baş optik oxu boyunca və ona
paralel düşən şüaların qayıtdıqdan sonra getdikləri yollara diqqət edin (i).
Nəticəni müzakirə edin:
Çökük və qabarıq güzgülərə baş optik ox üzrə düşən şüa hansı istiqamətdə qayıdır?
Bu güzgülərin səthinə paralel düşən şüaların sonrakı yollarında hansı qanunauyğunluq
müşahidə olundu?
Nə öyrəndiniz
•
Verilən açar sözlərdən istifadə etməklə iş vərəqində qısa
esse yazın.