Yüksək keçiriciliyə malik, elektrik müqaviməti sıfıra bərabər olan metal naqil almaq mümkündürmü? Çox aşağı temperaturlarda bəzi metal naqillərin müqaviməti sıçrayışla sıfıra qədər azalır. Metallarda bu effekti ilk dəfə 1911-ci ildə Niderland alimi Kamerlinq Onnes aşkar etmişdir. O, təcrübi olaraq müəyyən etmişdir ki, 4,15 K temperaturda civənin müqaviməti sıçrayışla sıfıra qədər azalır. Sonralar aparılan çoxsaylı araşdırmalar nəticəsində bu xassə bir çox naqillərdə də aşkarlandı.
• Naqilin elektrik müqavimətinin sıfıra qədər azaldığı temperatur böhran temperaturu, ondan aşağı temperaturdakı keçiricilik isə ifratkeçiricilik adlanır (e).
Əgər ifratkeçirici naqildə elektrik cərəyanı yaradılarsa, o həmin naqildə cərəyan mənbəyi olmadıqda belə uzun müddət qalacaqdır.
• | Çox aşağı temperaturlarda maddələrin xassələrini araşdırmış, maye heliumun alınma texnologiyasını vermişdir. O, 1913-cü ildə bu sahədəki işlərinə görə Nobel mükafatına layiq görülmüşdür. |
Verilir | Həlli |
t0 = 0°C, R0 = 4 Om αCu = 4,3 · 10 -3 1 °C R → ? |
R = R 0 (1 + αΔt). |
Hesablanması R = 4 Om · ( 1 + 4,3 · 10 -21°C · 80 °C) = 5,376 Om. |
|
Cavab: 5,376 Om |