• | Axşamlar istifadə olunan işıq mənbələrində, o cümlədən avtomobil faraları, cib fənəri, projektor və mayakda işıq şüalarını gücləndirən və müəyyən səmtə istiqamətləndirən nədir? |
Güzgülər səthi müstəvi olmaqla yanaşı, sferikşəkilli də olur. Sferik seqment formasında olan və işığı güzgü kimi əks etdirən cismin səthi – sferik güzgü adlanır.
Sferik güzgü iki növ olur: çökük və qabarıq.Sferik güzgü aşağıdakı elementlərlə xarakterizə olunur:
• Seqmentin kəsildiyi sferanın mərkəzi sferik güzgünün optik mərkəzi adlanır. Şəkildə optik mərkəz O nöqtəsi ilə göstərilmişdir (c).Sferik güzgünün optik mərkəzindən və qütbündən keçən düz xətt baş optik ox adlanır.
• Çökük güzgüdə baş optik oxa paralel düşən şüalar qayıtdıqdan sonra kəsişdikləri nöqtəyə güzgünün baş fokusu deyilir və F hərfi ilə işarə edilir (d). Çökük güzgünün baş fokusu həqiqidir, çünki həmin nöqtədə güzgüdən qayıdan şüaların özləri kəsişir.
İşıq şüaları qabarıq güzgünün səthinə baş optik oxa paralel düşdükdə qayıdan şüalar səpilir. Qayıdan şüaların uzantıları güzgünün arxasında yerləşən müəyyən nöqtədə kəsişir. Həmin nöqtə qabarıq güzgünün baş fokusu adlanır (e).