•
Layihə
•
Güzgülü periskop düzəldək.
Müstəvi güzgünün tətbiq olunduğu qurğulardan
biri periskopdur. O, bir çox yerlərdə,
məsələn, səngərdən hərbi əməliyyatları
müşahidə etmək üçün istifadə olunur
(
a). İndi bu qurğunu düzəldək.
Təchizat: 32x50 sm ölçüdə möhkəm
karton vərəq, 6x10 sm ölçüdə iki müstəvi
güzgü, damalı dəftər vərəqi, qayçı,
karandaş, xətkeş, yapışqanlı lent.
İşin gedişi:
- Xətkeşlə kartonun üzərində aralarındakı məsafə 8 sm olmaqla dörd paralel qırıq xətlər
çəkin. Sonra kartonda şəkildə təsvir olunduğu kimi iki ədəd düzbucaqşəkilli deşik açın (b).
- Damalı vərəqdən düzbucaqlı bərabəryanlı üçbucaq kəsin (üçbucağın kateti 6 sm olsun).
Üçbucağı kartonun səthinə qoyun və dörd yerdə diaqonal üzrə xətt çəkin. Sonra kartonda
bu diaqonal xətlər üzrə dar
yarıq kəsin. Kartonu qırıq xətlər
üzrə qatlayın və alınan
“şaxtanı” yapışqanlı lentlə yapışdırın.
- Uyğun yarıqlara güzgüləri yerləşdirin.
Periskop hazırdır. Onu
hər hansı bir maneənin (məsələn,
bağdakı hasar, pəncərə və
s.) arxasında yerləşdirin. Periskopun
obyektivini (yuxarı hissəsi)
maneədən yuxarıya çıxarıb okulyardan
(gözün yaxınlaşdırıldığı
aşağı hissədəki dəlik) baxmaqla
müşahidə aparın və onun işləyibişləmədiyini
yoxlayın (c).
- • Hazırladığınız periskopu sinfə
gətirin