Bəs müstəvi güzgüyə baxan gözün görmə
sahəsini necə müəyyən etmək olar? Bu
məqsədlə göz nöqtəvi işıq mənbəyi kimi qəbul
edilir, onun yerləşdiyi nöqtədən güzgünün kənar
nöqtələrinə iki şüa yönəldilir. Həmin nöqtələrdən
qayıdan şüaların əhatə etdiyi sahə bu
güzgüyə baxan gözün görmə sahəsini (sxemdə
sarı rənglə göstərilmişdir) əmələ gətirir (i).
Görmə sahəsində yerləşən ixtiyari nöqtə (və ya
cisim) görünən, bu sahədən kənarda yerləşən
nöqtə isə görünməz olur.
Yaradıcı tətbiqetmə
Araşdırma
2
Hansı nöqtə görünər?
K nöqtəsində yerləşən göz
M müstəvi
güzgüsünə baxdıqda
1, 2, 3 və
4 nöqtələrindən
hansı görünər (
n)? Cavabınızı sxematik
əsaslandırın.
• |
İş vərəqində müstəvi güzgüdə ixtiyari oxun xəyalını qurun və
orada verilən açar sözlərini qeyd edin. |
Açar sözlər: • mövhumi xəyal • müstəvi güzgü • xəyalın
görünmə sahəsi • gözün görmə sahəsi •
- Nə üçün cismin müstəvi güzgüdə xəyalı mövhumi
alınır?
- Şəkildə müstəvi güzgü qarşısında yerləşən güldan
və onun kənar nöqtələrindən çıxan şüalar
təsvir edilmişdir. Şüaların sonrakı yolunu çəkin.
Göz güldanın mövhumi xəyalını görəcəkmi?
- Müstəvi güzgüdə nöqtəvi işıq mənbəyinin xəyalını
almaq üçün ondan azı neçə şüa çıxmalıdır? Nə
üçün?
- Cisimlə müstəvi güzgü arasındakı məsafə 2 m-dir.
Bu cisimlə xəyalı arasındakı məsafə nə
qədərdir?