Yaradıcı tətbiqetmə
Araşdırma
2
İşığın yayılma sürətini hesablayaq.
Məsələ.
|
Fizo qurğusunda dişlərinin sayı N = 720 olan çarxla güzgü arasındakı məsafə
L=8633 m-dir. |
İşıq şüasının ilk dəfə görünməz olduğu zaman dişli çarxın firlanma tezliyi
n = 12,67 1
san idi.
İşığın havada yayılma sürətini hesablayın.
Nəticəni müzakirə edin:
- Hesablamadan işığın havada yayılma sürəti üçün hansı nəticəni aldınız?
- Əgər güzgü dişli çarxdan hər hansı ν sürəti ilə uzaqlaşdırılarsa və ya həmin sürətlə
yaxınlaşdırılarsa, işığın yayılma sürəti necə dəyişər? Cavabınızı əsaslandırın.
• Verilən açar sözlərinə aid iş vərəqində qısa esse yazın.
Açar sözlər: • İşıq sürəti • Ryomer təcrübəsi • Fizo təcrübəsi•
- Nə üçün işığın yayılma sürətini uzun müddət ölçmək mümkün olmamışdır?
- İşıq sürətinin təyininə aid aparılan ilk araşdırmanı izah edin.
- İşığın yayılma sürəti üçün mümkün olan maksimal qiymət nə qədərdir?
- Fikri eksperiment: müşahidəçi Bakıdakı “Alov qüllələri”nin damında yerləşdirdiyi lazer qurğusundan Babadağın zirvəsində qoyulan güzgüyə işıq siqnalı göndərir. Müşahidəçi ilə güzgü arasındakı məsafə 234 km-dirsə, o, güzgüdən qayıdan şüanı nə qədər müddətdən sonra görəcəkdir (c = 300 000 km
san) ?