• | Nə üçün şimşək çaxdıqda əvvəlcə onun işığını görürük, bir neçə saniyədən sonra isə atmosferdə yaratdığı səsi eşidirik? |
• | Görəsən, şimşəkdən gələn işığın yayılma sürətini ölçə bilərikmi? Bunu necə etmək olar? |
İşıq Yer səthində olan obyektlər arasındakı məsafələri saniyənin çox kiçik hissələri
ərzində qət etdiyindən uzun illər işığın yayılma sürəti sonsuz böyük qəbul
edilmişdir. Bu səbəbdən işıq ani yayılan hesab olunurdu. İşığın yayılma sürətini ilk
dəfə XVII əsrin ikinci yarısında ölçmək mümkün olmuşdur. Bu zaman çox böyük
ədəd alınmışdı. Sonralar müxtəlif üsullarla dəfələrlə aparılan ölçmələr nəticəsində
vakuumda işığın yayılma sürətinin 300 000 km
san
-yə bərabər olduğu aşkarlandı. Bu
üsulların bəziləri ilə tanış olaq.
İşığın yayılma sürətinin astronomik üsulla təyini. İşığın yayılma sürətini ilk dəfə 1676-cı ildə Danimarka astronomu Olaf Ryomer (1644–1710) ölçə bilmişdir. O bunu Yupiter planetinin İo peyki üzərində apardığı astronomik müşahidələr nəticəsində etmişdir. Məlum olmuşdur ki, İo peykinin planet ətrafında bir tam dövrü 42 saat 28 dəqiqədir. Belə ki, peyk planetin arxasındakı kölgədən çıxdıqda üzərinə düşən Günəş şüasının əks etməsi nəticəsində parlaq yanan lampa kimi görünür. Sonra o, planetin qarşısından keçib yenə onun kölgəsinə daxil olur. Bu zaman peykin tutulması baş verir.
Yer öz orbitində 1 nöqtəsində olduğu zaman hesablamalar aparıldıqdan beş ay keçdikdən sonra peykin Yupiterin kölgəsindən 22 dəqiqə gec çıxdığı aşkar olunur. Bu halda Yer öz orbitinin 2 nöqtəsində olur (a). Deməli, işığın İo peykindən 2 nöqtəsində olan Yerə gəlib çatması üçün Yer orbitinin diametri qədər əlavə yol getməlidir. Yerin orbitinin diametri XVII əsrdə aparılan dəqiq olmayan hesablamalara görə, dyer≈ 2,84 · 10 8km idi. Beləliklə, hesablamalardan Ryomer işığın yayılma sürəti üçün çox böyük sonlu qiymət alır:Burada c – işığın yayılma sürətidir.
İşığın yayılma sürətinin laboratoriya üsulu ilə təyini. Laboratoriya şəraitində işığın sürətini ilk dəfə 1849-cu ildə fransız fiziki Armand Lui Fizo (1819–1896) ölçmüşdür.