Yaradıcı tətbiqetmə
Araşdırma
2
Günəş tutulmasının səbəbini izah edək.
İşin gedişi: şəkildə Günəş tutulmasının
sxemi təsvir edilmişdir (
f). Sxemi
diqqətlə təhlil edin, tutulmanın
başvermə səbəbini araşdırın.
Nəticəni müzakirə edin:
- Günəş tutulmasında hansı göy cisminin Yer səthində tam və yarımkölgələri yaranır?
- Yer səthində tam və qismən Günəş tutulması baş vermiş hissələr hansı rəqəmlə
işarə edilmişdir?
- Yer səthinin hansı sahəsindəki sakinlər tam Günəş tutulmasını müşahidə edirlər? Nə
üçün?
- Yer səthinin yarımkölgə (qismən Günəş tutulması) yaranan hissəsində yaşayan insanlar
nə müşahidə edirlər?
- Bəs Ay tutulması nə deməkdir? Bu tutulmanın sxemini çəkin və Ayın nə üçün çox
vaxt dilim formasında göründüyünü izah edin.
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın
Açar sözlər: •Yarımkölgə • Günəş tutulması • Tam kölgə •
• Ay tutulması •
-
Qeyri-şəffaf cismin ekranda:
a) yalnız tam kölgəsini;
b) yalnız yarımkölgəsini;
c) həm tam, həm də yarımkölgəsini almaq olarmı? Cavabınızı əsaslandırın.
-
Nə üçün əməliyyat zamanı cərrahın əllərinin kölgəsi əməliyyat hissəsinin üzərini qaranlıqlaşdırmır?
- Tam və qismən Günəş tutulmalarını müqayisə edin, onların ümumi və fərqli xüsusiyyətlərini
söyləyin.
- Ay və Günəş tutulmalarını müqayisə edin: onlar arasında ümumi və fərqli xüsusiyyətlər nədir?