Mühit qeyri-bircins olduqda (bir neçə bircins mühitdən ibarət olduqda) işığın düz
xətt boyunca yayılma qanunu o vaxt ödənilir ki, şüa qeyri-bircins mühitin səthinə
perpendikulyar istiqamətdə düşsün (bax: f), bütün qalan hallarda işıq şüası istiqamətini
dəyişir (bax: g).
Araşdırma
3
İşıq şüasının havada düz xətt boyunca yayılmasını yoxlayaq.
Təchizat: şam, altlığı olan karton lövhə (3 əd.), metal mil (diametri ≈ 4 mm).
İşin gedişi:
1. Lövhələrdə eyni yerdə və eyni ölçüdə (≈5 mm) dəlik açın.
2. Şamı yandırın və onu lövhələrlə birlikdə ardıcıl yerləşdirin.
3. Lövhələri elə tənzimləyin ki, dəliklərdən keçən işıq şüasını görmək mümkün olsun (
h).
4. Lövhələrin vəziyyətini dəyişmədən metal milin hər üç dəlikdən keçib-keçmədiyini yoxlayın.
5. Təcrübəni lövhələrdən birini yana sürüşdürməklə təkrarlayın.
Nəticəni müzakirə edin.
• Metal milin işıq şüasının göründüyü hər üç dəlikdən keçməsi nə deməkdir?
• Nə üçün lövhələrdən birini yana sürüşdürdükdə alovun işığı görünməz oldu?
• Araşdırmadan işığın havada yayılması haqqında hansı nəticəyə gəldiniz?