3.2
Səhərçağı meşədə
ağacların arasından
keçən günəş işığının
yolunu aydın müşahidə
etmək olur. İşıq sanki
ağacların arxasında
yerləşən nöqtəvi mənbədən
dəstə şəklində
çıxaraq müxtəlif istiqamətlərə
yayılır.
Araşdırma
1
Yalnız bir sancağın görünməsinə
səbəb nədir?
Təchizat: karton parçası, sancaq
(5–6 əd.), xətkeş, karandaş.
İşin gedişi:
- Kartonu masa üzərinə qoyun və
ona bir-birindən bir neçə santimetr
aralı olmaqla iki sancaq sancın.
- Bu sancaqların arasına qalan sancaqları elə sancın ki, qıraqdakı iki sancağın birindən
digərinə baxdıqda o, bütün sancaqları örtərək yalnız özü görünsün.
- Sancaqları çıxardın və iki kənar sancağın kartondakı izi üzərinə xətkeş qoyub düz xətt
çəkin.
Nəticəni müzakirə edin.
• Qalan sancaqların izləri bu düz xəttə nisbətən necə yerləşmişdir? Nə üçün?
İşıq şüası. İşıq şüası imkan verir ki, müxtəlif istiqamətlərə yayılan işıq dəstəsini
istiqamətlənmiş düz xətlə (oxla) göstərmək mümkün olsun.
• İşıq şüası – işıq enerjisinin yayıldığı istiqaməti göstərən xətdir.
İşıq şüaları paralel (a), divergent (haçalanan) (b) və konvergent (yaxınlaşan) (c)
ola bilir.