• Lehinə
|
– |
Elektrik sahəsinin qüvvə xətləri müsbət yüklə başlayır, mənfi yüklə
qurtarır. Yer kürəsi mənfi yüklüdür. Atmosferin yuxarı təbəqələri isə
müsbət elektrik yükünə malikdir. Bu səbəbdən Yerin elektrik sahəsinin
qüvvə xətləri şaquli aşağı istiqamətdə yönəlir. |
– |
Buludlarla Yer səthindəki obyektlər (binalar, ağac və su hövzələri
və s.) arasında yaranan elektrik sahəsi şimşək çaxmasına səbəb olur.
Şimşəyi idarə etmək mümkün olsaydı, onun enerjisindən faydalanmaq
olardı. Sinifdə elektrofor maşını ilə süni şimşək almaq olur. |
– |
Elektrik sahəsi həyatımızda mühüm rol oynayır. Məsələn, insanın bütün
duyğu üzvləri, demək olar ki, yalnız elektrik sahəsini hiss edir: göz fəzada
elektrik və maqnit sahələrinin periodik dəyişməsi olan işığı görür, lamisə
duyğusu cisimlərin əlimizə sürtünməsi və deformasiyası prosesidir – bu
da elektrik sahəsi vasitəsilə baş verir; eşitmə havanın təzyiqinin dəyişməsinin
qulaq pərdəsinə təsiridir. Təzyiqin dəyişməsi hava molekullarının
qulaq pərdəsini döyəcləməsinə səbəb olur. Molekulların qarşılıqlı
təsirləri isə elektrik təbiətlidir; qoxu və iybilmə kimyəvi prosesdir. İxtiyari
kimyəvi proses molekulların çevrilməsi və qarşılıqlı təsirindən ibarətdir.
Hər iki prosesdə elektrik qüvvələri iştirak edir. |
|
• Əleyhinə
|
– |
Yerin elektrik sahəsi canlı orqanizmlərə, o cümlədən insanlara mənfi
təsir göstərə bilir. Əgər insan rezin altlıqlı ayaqqabı geyinibsə, onun
bədəni Yerin elektrik sahəsinin təsiri ilə yüklənir və o, elektrik yükü
toplayıb ötürən canlı kondensatora çevrilir. İnsanın elektriklənib-boşalmasının
fasiləsiz baş verməsi bəzi daxili orqanların, məsələn, ürək, qandamar
sistemi və s. normal funksiyasına mənfi təsir göstərir. |
– |
Şimşək çaxması hər birimizdə həyəcan hisləri doğurur. O, təhlükəli
hadisədir. Şimşək çaxması evləri yandırır, elektrik dirəklərini, zavod
borularını dağıdır. |
– |
Biz Yerin elektrik sahəsinin zərərli təsirinə məruz qalırıq. |
|