Maqnit sahəsi induksiyasının modulu maqnit sahəsinin cərəyanlı naqilə göstərdiyi maksimal təsir qüvvəsi (Fm) modulunun naqildəki cərəyan şiddəti ilə onun bu sahədəki uzunluğu (ℓ) hasilinə nisbətinə bərabərdir:
B = k Fm
I·l .
Cərəyanlı paralel naqillər arasında qarşılıqlı təsir maqnit qarşılıqlı təsir qüvvəsi ilə müəyyən olunur:
Fm ~ I1·I2·I
r .
Maqnit qarşılıqlı təsiri həm cazibə, həm də itələmə xarakterlidir.
Cərəyanlı naqil bircins maqnit sahəsində yerləşərsə, ona təsir edən Amper qüvvəsinin modulu cərəyan şiddəti, maqnit induksiyasının modulu, naqilin aktiv uzunluğu (sahədəyerləşən hissəsinin uzunluğu) və cərəyanın istiqaməti ilə maqnit induksiya vektoru arasındakı bucağın sinusu hasilinə bərabərdir:
FA = IBlsinα.
• | Mətni oxuduqdan sonra iki qrupa ayrılın. Mövzular ətrafında müzakirə aparın, dərslikdə verilmiş dəlillərə əlavələr edin. |
1. Biz Yerin qravitasiya sahəsinin hansı təsiri altındayıq?
• Lehinə |
|