Kainatda müxtəlif sistemləri, o cümlədən Günəş sistemində planetlərin və peyklərin hərəkətini ümumdünya cazibə qüvvəsi tənzimləyir (b).
Elektrik sahəsinin mənbəyi elektrik yüküdür. Elektrik sahəsinin qüvvə xarakteristikası elektrik sahəsinin intensivliyidir. Elektrik sahəsinin intensivliyi vektorial kəmiyyətdir (E). O, sahənin ixtiyari nöqtəsində müsbət sınaq yükünə təsir edən qüvvənin istiqamətində olur (c).
Nöqtəvi yükün verilmiş nöqtədə yaratdığı elektrik sahəsinin intensivliyinin modulu bu yükün miqdarı (q0) ilə düz, sahə mərkəzindən verilən nöqtə arasındakı məsafənin (r) kvadratı ilə tərs mütənasibdir:
E = k |q0|
r2 .
Yüklər arasındakı elektrik qarşılıqlı təsiri Kulon qanunu ilə müəyyən olunur:
F = k |q0||q|
r2 .
Yüklər arasındakı elektrik qarşılıqlı təsirləri bu yüklərin işarələrindən asılı olaraq ya cazibə, ya da itələmə xarakterli ola bilir.
Elektrik sahəsinə gətirilən sınaq q yükünə elektrik qüvvəsi təsir edir:
Maqnit sahəsini hərəkətdə olan elektrik yükləri yaradır. Maqnit sahəsinin qüvvə xarakteristikası maqnit sahəsinin induksiyasıdır. Maqnit induksiyası vektorial kəmiyyətdir Maqnit sahəsinin induksiya xətləri qapalıdır, onlar maqnitin xaricində onun şimal qütbündən çıxıb cənub qütbünə daxil olur və daxilində qapanır. Qüvvə xətləri qapalı olan maqnit sahəsi burulğanlı sahədir (d). İnduksiya xətlərinin istiqaməti sağ yivli burğu və ya sağ əl qaydası ilə təyin edilə bilir.