Təqdimatın hazırlanması planı
1-ci slayd |
• Təqdimatın adı • Hazırlayan (sinif, şagirdin adı, soyadı) |
2-ci slayd | • Qravitasiya sahəsinin mənbəyi • Elektrik sahəsinin mənbəyi • Maqnit sahəsinin mənbəyi |
3-cü slayd | • Qravitasiya sahəsi nəyin köməyi ilə öyrənilir? • Elektrik sahəsi nəyin köməyi ilə öyrənilir? • Maqnit sahəsi nəyin köməyi ilə öyrənilir? |
4-cü slayd | • Qravitasiya sahəsinin qüvvə xarakteristikası: istiqaməti, modulu • Elektrik sahəsinin qüvvə xarakteristikası: istiqaməti, modulu • Maqnit sahəsinin qüvvə xarakteristikası: istiqaməti, modulu |
5-ci slayd | • Qravitasiya sahəsinin qüvvə xətləri • Elektrik sahəsinin qüvvə xətləri • Maqnit sahəsinin qüvvə xətləri |
6-cı slayd | • Qravitasiya sahəsinin sınaq cisminə təsir etdiyi qüvvə • Elektrik sahəsinin sınaq yükünə təsir etdiyi qüvvə • Maqnit sahəsinin cərəyanlı naqilə təsir etdiyi qüvvə |
7-ci slayd | • Qravitasiya sahəsində cisimlər • Elektrik sahəsində keçiricilər və dielektriklər • Maqnit sahəsində maqnetiklər |
8-ci slayd | • Fiziki sahələrin qarşılıqlı əlaqəsi |
Qravitasiya sahəsinin mənbəyi kütlədir. Qravitasiya sahəsinin qüvvə xarakteristikası qravitasiya sahəsinin intensivliyidir. Qravitasiya sahəsinin intensivliyi vektorial kəmiyyətdir ().
O, sahənin ixtiyari nöqtəsindən bu sahənin mənbəyinə tərəf yönəlir (a). Qravitasiya sahəsinin ixtiyari nöqtəsində intensivliyin modulu sahəni yaradan kütlədən (M) və sahə mərkəzindən bu nöqtəyə qədərki məsafənin kvadratından (r) asılıdır:Qravitasiya qarşılıqlı təsirləri həmişə cazibə xarakterlidir. Qravitasiya sahəsinə gətirilən cismə ağırlıq qüvvəsi təsir edərək ona sərbəstdüşmə təcili verir: