Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitələrinin növü |
Ədəbiyyatımızda böyük maraqla qarşılanan hekayə ilə tanış oldunuz. Baş verənlər: meşəbəyinin kədəri, göy ürgənin zəhərlənməsi, Daşdəmirin hadisələrə münasibəti və s. diqqətinizi dərhal cəlb etdi. Bütün bunların arxasında nələrin dayandığını aşkara çıxarmaq, müəllifin niyyətini aydınlaşdırmaq ciddi araşdırma, axtarış tələb edir. Unutmayın ki, İ.Hüseynovun əsərlərində insan psixologiyasına, onun mənəvi aləminə, cəmiyyəti narahat edən problemlərə daha çox diqqət yetirilir. Qarşıya çıxan problemlərin həlli yazıçının qəhrəmanlarını seçim qarşısında qoyur. Bu seçimin necə olması obrazın daxili aləminin məntiqi inkişafından doğur. Bütün bunlar “Zəhər” hekayəsində özünü qabarıq göstərir. Əsərdə insan və onun təbiətə münasibəti ön plana çəkilir. Deməli, əsərdə bir-biri ilə əlaqəli olan bir neçə mühüm problem diqqətə çatdırılır. Bu, nə məqsədlə edilmişdir? Mirqasımla Daşdəmirin arasında baş verən münaqişənin əsl səbəbi nədir? Bu sualların, eləcə də yuxarıda toxunulan məsələlərin aydınlaşdırılması əsərdə qaldırılan problemləri dərindən dərk etməyə, yazıçı niyyətini başa düşməyə kömək edəcəkdir.
Əsərdə qaldırılan problemlər | Onlardan daha mühüm olan |
Meşəbəyi Mirqasım obrazı | |||
Xarakterindəki başlıca cəhətlər |
Düşüncələri və keçirdiyi hislər |
Müxtəlif vəziyyətlərdə davranışı |
Digər obrazlara münasibəti |
s.s. | Obrazlar | Nitqlərindən nümunələr | Xarakterlərindəki fərqli cəhətlər |
1. | Mirqasım | ||
2. | Daşdəmir |