Meşəbəyi yavaşca qalxıb tapqırları açdı. Sonra yüyəni ürgənin başından çıxartdı. Yəhəri
belinə şələləyib yalnız onun bələd olduğu, el yolundan uzaq, xəlvət cığırla addımladı...
Külək başlamışdı. Meşə xışıldayırdı. Meşəbəyinin üstünə xəzəl yağırdı. Boynuna,
qoyun-qoltuğuna soyuq yarpaqlar dolurdu. O isə heç nəyə əhəmiyyət vermir, gözlərini
qaranlıqda bozaran dar cığırdan çəkmədən ağır-ağır, yorğun-yorğun addımlayırdı.
Meşədən çıxanda o, ömründə birinci dəfə bərk yorğunluq hiss etdi. Vaxtı keçmiş qoca
kimi hıqqıldayıb, yəhəri belindən endirdi, yerə qoyub üstündə oturdu. Sonra çevrilib
çiyni üstündən geriyə, meşənin səsinə qulaq asdı.
– Belə-belə işlər, ay göy ürgə... Belə-belə işlər, ay meşəbəyi Mirqasım...
I dərs
Məzmun üzrə iş
- Əsərin birinci parçasını oxuyun. Proqnozlaşdırılmış oxunu seçsəniz, həmin parçada müəyyənləşdirdiyiniz
hər hissənin sonunda fərdi olaraq cədvəldə qeydlər etməlisiniz.
Əsərin hissələri |
Sizcə, nə baş verəcək?
Hadisələr necə
davam edəcək? |
Nə üçün belə düşünürsünüz?
Nəyə əsaslanırsınız? |
Nə baş verdi? Hadisələr
necə davam etdi? |
1 |
2 |
3 |
4 |
I hissə |
|
|
|
II hissə |
|
|
|
III hissə |
|
|
|
- Hər hissənin oxusundan sonra qeydləriniz və yeni hissə ilə bağlı ehtimallarınız barədə parta
yoldaşınızla fikir mübadiləsi aparın.
- Oxuduğunuz parçanın məzmununa aid üçdən az olmayaraq sual və onlara cavab hazırlayın.
- Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirib cədvəldə qeyd edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr |
Bədii təsvir və ifadə vasitələrinin növü |
|
|
- Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə
və ümumiləşdirmə aparın.
- Təqdimat əsasında qənaətlərinizlə bağlı fikir mübadiləsi və müzakirə aparın.
- Üzərində işlədiyiniz parçanı hissələrə ayırıb, birinin məzmununu tərtib etdiyiniz plan əsasında geniş danışın.
Evdə iş
- Hekayənin ardını (2-ci parça) oxuyun.
- Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
II dərs
Məzmun üzrə iş
- Evdə oxuduğunuz parçanı bir daha nəzərdən keçirin. Parta yoldaşınızla birlikdə məzmununa aid
üçdən az olmayaraq sual və onlara cavab hazırlayın.
- Hekayənin məzmununa daha çox uyğun gələn müdrik sözləri müəyyənləşdirin. Fikrinizi əsaslandırın:
- At ölər, nalı qalar, igid ölər, namı qalar.
- Namərdə tuş gələnin işi düyünə düşər.
- Qarı düşmən dost olmaz.
- At oğurlanandan sonra axur nəyə gərək.
- Atı atın yanında bağlasan, rəngini götürməsə də, xasiyyətini götürər.