Evdə iş
- Mövzulardan birini seçib təqdimata hazırlaşın.
- Əsərdəki hansı epizodu unuda bilmirəm?
- Hekayədə müəllifin mövqeyini necə başa düşdüm?
III dərs
Təhlil üzrə iş
- Əsərin təhlilinə hazırlaşın.
- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın.
Bir insan və yazıçı kimi İsmayıl Şıxlını ömrü boyu yüksək ideallar – xeyirxahlıq, düzlük və doğruçuluq,
milli-mənəvi dəyərlərimizin qorunub saxlanması kimi məsələlər düşündürmüş, çoxcəhətli
fəaliyyətinin əsasını təşkil etmişdir. Onun mərdlik və namərdlik, xeyirxahlıq və bədxahlıq anlayışlarına
münasibəti “Namərd gülləsi” hekayəsində ayrı-ayrı insan talelərinin təsvirində öz dolğun ifadəsini
tapmışdır. Əsərdəki obrazların xarakterini, həyata baxışını mükəmməl öyrənməklə yazıçını düşündürən
problemi, əsərin ideyasını anlamaq və dəyərləndirmək mümkündür. Bu, obrazların ustalıqla, orijinal
bədii vasitələrlə yaradılmasından irəli gəlir. Əsərin üzərində müşahidələrinizi davam etdirin,
obrazların
hər birinin nitqinə, davranış və əməllərinə, düşüncə aləminə bir daha dərindən nəzər salın. Müəllifin
obrazlara, eləcə də obrazların bir-birinə münasibətini aydınlaşdırmağa çalışın.
Dilimizin incəliklərindən yazıçının necə bəhrələndiyinə, üslubundakı özünəməxsusluğa, bədii təsvir,
ifadə
vasitələrinin orijinallığına diqqət yetirin, bütün bunları nümunələr əsasında aydınlaşdırmağa səy edin.
Araşdırın • Fikirləşin • Cavab verin
- Sizcə, yazıçının diqqətə çatdırmaq istədiyi başlıca problem nədir? Bu problemin həllini o, nədə
görür?
Əsərdə qaldırılan başlıca problem |
Yazıçı problemin həllini
nədə görür?
|
Siz necə düşünürsünüz? |
|
|
|
- Niftalı koxa obrazını səciyyələndirin. Müvafiq cədvəldən istifadə edin.
- Qaçaq Kərəm obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.
Qaçaq Kərəm obrazı |
Xarakterindəki başlıca
cəhətlər
|
Düşüncələri |
Yazıçının ona
münasibəti
|
Digər obrazların ona
münasibəti
|
|
|
|
|
- Əsərdəki başlıca konflikti müəyyənləşdirin. Onu həyati, təbii hesab etmək olarmı? Fikrinizi
əsaslandırın.
- Hekayənin süjet və kompozisiya xüsusiyyətlərini aydınlaşdırın. Fikrinizi nümunələrlə əsaslandırın.
- Bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə yazıçı nəyə nail olmuşdur? Cədvəldən istifadə
edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi
cümlələr
|
Fikrin təsir gücünün artmasında təsvir və ifadə
vasitələrinin rolu
|
|
|
- Əsərdəki başlıca fikir – ideya nədir? Bu ideya əsərdə hansı məqamlarda daha qabarıq ifadə olunub?
Cədvəldən istifadə edin.
Əsərin əsas ideyası nədir? |
İdeyanın aydınlaşdırılmasında əhəmiyyətli olan cümlə, təsvir və epizodlar |
|
|
Evdə iş
- Mövzulardan birini seçib işləyin.
- “Hekayə oxuduğum əsərlərdən hansını mənə xatırlatdı?” mövzusunda müqayisə xarakterli inşa yazın.
- “Hekayədəki obrazlara münasibətim” mövzusunda müqayisə xarakterli esse yazın.