İSMAYIL ŞIXLI
(1919 – 1995)
• Azərbaycan ədəbiyyatının XX əsrdə
yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən
biri olan İsmayıl Şıxlı haqqında düşünərkən
hər birimizin ağlına “müəllim”,
“mütəfəkkir”, “milli yazıçı,” “mərdlik”
kimi anlayışlar gəlir.
Nizami Cəfərov
Yada salın
- Mərdliyi, nəcibliyi ilə seçilən qəhrəmanın təsvir olunduğu hansı
əsərləri xatırlayırsınız?
- Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub?
Düşünün
- “Namərdə yaxa vermə, mərdə arxa ol” atalar sözündə ifadə
edilmiş fikri necə başa düşürsünüz?
Oxuda aydınlaşdırın
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu
kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
NAMƏRD GÜLLƏSİ
(ixtisarla)
••• I •••
Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi, yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu
kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli
örüklədi, həm də hörüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi; hava isti idi, at qantər
içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi hörüklər, örüşünü də tez dəyişərdi,
qoymazdi ki, tərləsin.
- Sizcə, Niftalı koxa atının
rahatlığı qayğısına nə
üçün qalmır?
- Koxanın səksəkəli yaşamasına
səbəb nə ola bilərdi?
Yəhərini götürərdi ki, at
nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə
qalxsın, istəyəndə mıxı qopardıb ilxıya cumsun. Qaynar
gözlü kəhərin işıldayan dərisinə, səyriyən sağrısına, qız teli
kimi yumşaq yalına baxmaqdan doymayan Niftalı çox vaxt
atı yalmanlayıb belinə qalxar, birbaş Kürə sürüb çimizdirər,
çox vaxt da yalına yatıb o üzə adlayardı. O vaxt özünün də,
atının da qorxusu-hürküsü yoxdu. Həm cavan idi, həm də... Amma indi, illah da koxalığa
keçəndən sonra səksəkəli yaşayırdı...
O, astaca addımlarla dikdirə çıxdı. Arxın üstündən adlayıb ağacların kölgəsində dayandı.
Gözünü üfüqlərə qədər uzanıb gedən taxıl zəmilərinə zillədi. Astaca meh əsirdi.
Qara qılçıq sünbüllər xışıldayırdı.
- Bu cümlələr
təsəvvürünüzdə hansı
mənzərəni canlandırdı?
- Sizcə, Niftalı Koxa
həddindən artıq ehtiyatlı
davranmır ki?
Otları çoxdan saralıbsolmuş
dərəli-təpəli bu boz çöllərin ortasında qoşalaşan
qovaq ağaclarının yarpaqları da xışıldayırdı. Hansı rəhmətliyinsə
savab üçün əkdiyi bu ağacların dibindən axan
arxın suyu da qırçınlanıb şırıldayırdı. Niftalı koxa
kölgəyə atılmış palaza, döşəkçə və mütəkkəyə baxdı. O,
həmişə biçinçilərə baş çəkməyə gələndə burada uzanıb dincələrdi.