Burada “yeri qaldı”, “var” sözləri ilə həmqafiyə olan “nəğmələri qaldı”, “çinar” sözləri iki misradan sonra işlənmişdir.
Aşağıdakı nümunədə isə həmqafiyə sözlər (qışdı, qurumuşdu) dalbadal işlənmişdir.
Sərbəst şeirdə misraların bir və ya bir neçə sözdən ibarət olması, qafiyələnmənin özünü fərqli qaydada göstərməsi əsərdə müəllif niyyəti ilə bağlıdır. Bütün bunlar sənətkara əsərin məzmununu, oradakı fikirləri daha qabarıq, təsirli çatdırmağa imkan verir.
Bəzən sənətkar öz niyyətini üstüörtülü şəkildə əks etdirir. Yəni əsərdə diqqətə çatdırmaq istədiyi mətləbi açıq demir, işarələrlə nəzərə çarpdırır. Başqa sözlə, simvoldan – fikri əyaniləşdirən, daha qabarıq ifadə edən obrazdan istifadə edir. “Simvol” yunan sözüdür, əlaqə, işarə, rəmz deməkdir. O, məcazın həm xalq yaradıcılığında, həm də yazılı ədəbiyyatda geniş istifadə olunan növlərindəndir. Məsələn, şifahi ədəbiyyatda şir güc-qüvvət, tülkü hiyləgərlik, qılınc igidlik, qəhrəmanlıq rəmzi kimi işlənir. Yazılı ədəbiyyatda da ayrı-ayrı obrazlar simvollaşdırılır və fikrin yeni, maraqlı ifadə forması tapılır:
Bu misralarda zahirən təpədən, dağdan danışılsa da, əsl mətləb başqadır. Lirik qəhrəman kiçik qələbələrlə (“təpəyə çıxmaqla”) məhdudlaşmaq niyyətində deyil, o, böyük uğur qazanmaq (“dağa çıxmaq”) arzusundadır.
Rəmzlərdən istifadə fikrin çoxmənalı anlamına səbəb olur ki, bu da oxucunu düşündürür. Əsl mətləbin üzə çıxarılması isə oxucuya estetik zövq verir, emosionallığın güclənməsinə səbəb olur.
Çinar ədəbiyyatımızda vüqar, məğrurluq, ucalıq ifadə edən rəmzi (simvolik) obraz kimi işlənir.
Əsərdə bədiiliyi təmin edən vasitələr | Vasitələrin nümunələrlə əsaslandırılması |
Əsərin ideyasının açıqlanmasında əhəmiyyətli olan söz, ifadə və cümlələr | Belə düşünməyimin səbəbi |