“Gələcək gün” ədəbiyyatımızda Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatına, milli azadlıq hərəkatına həsr olunmuş ən yaxşı əsərlərdəndir. Əsərin mərkəzi xəttini soydaşlarımıza qarşı həqarətli münasibətə, ana dilinin, milli mədəniyyətin yasaq edilməsinə, yurdun talan olunmasına qarşı xalqın mübarizəsi təşkil edir. Hadisələrin təsvir olunduğu illərdə Cənubi Azərbaycanda baş verən milli azadlıq mübarizəsinin şahidi olması, xalqın taleyinə dərindən bələdliyi yazıçıya oradakı hadisələri dolğun əks etdirməyə, yaddaqalan obrazlar yaratmağa imkan vermişdir. Müəllif ictimai hadisələri, azadlıq mübarizəsini canlandırmaqla kifayətlənməmiş, bunları ayrı-ayrı insanların taleyi, psixoloji vəziyyətləri ilə əlaqələndirmişdir. Əsəri təhlil edərkən bu əlaqələri, onun səbəblərini aydınlaşdırmağınız yazıçının başlıca niyyətini müəyyənləşdirməkdə sizə yardımçı olacaqdır.
Yazıçı xalqın taleyində dərin iz buraxan geniş hadisələrin, surətlər silsiləsinin təsvirində roman janrına müraciət etmişdir. Roman epik növün ən əhatəli və çoxşaxəli janrıdır. Bu janrın mühüm əlamətlərindən biri təsvir olunan hadisələrin əhatə dairəsinin genişliyi, surətlərin çoxluğudur. Romanda bir-biri ilə əlaqədar surətlər silsiləsi diqqəti cəlb edir. Epik növün kiçikhəcmli janrlarında, məsələn, hekayədə yazıçı obrazın həyatının bir mərhələsini təsvir etməklə məhdudlaşırsa, romanda qəhrəmanı inkişafda təqdim edir, onun keçdiyi həyat yolunu bütövlükdə işıqlandırır, rast gəldiyi çətinlikləri, daxili aləmini, fikir və düşüncələrini bütün təfərrüatı ilə əks etdirməyə çalışır.
Ədəbiyyatşünaslıqda roman – tarixi, fəlsəfi, məişət və s. olmaqla, növlərə bölünür.
Əsəri təhlil edərkən “Gələcək gün” romanı haqqında görkəmli alimlərin aşağıdakı fikirləri ilə tanış olun, cavablarınızda onlardan bəhrələnin.
“Gələcək gün” romanı, əvvəla, böyük bir ictimai dəyəri olan siyasi roman idi. İkincisi, bu əsər kəskin konfliktlər, böyük ehtiraslı insanlar, möhkəm iradəli nəhəng xarakterlər romanı idi. Bu romanda İrandakı bütün ictimai zümrələrin həyatı, psixologiyası, ictimai hadisələrə münasibəti mahir bir sənətkar qələmi ilə təsvir edilib. M.İbrahimovun qələbəsi onda oldu ki, “Gələcək gün” romanında ictimai hadisələri insanların taleyi ilə, psixoloji halları ilə çarpazlaşdıra bildi. İctimai hadisələri qəhrəmanların tərcümeyi-halına çevirdi”.
“Azərbaycanın Şimalında və Cənubunda baş verən bütün olaylar Mirzə İbrahimovun əsərlərində tarixi əsərlərdən daha dolğundur. “Gələcək gün” romanı Azərbaycan millimənəvi fikrinin gerçəkliyini ifadə edir. “O gün gələcək” – bu, şüar deyildi, bütöv Azərbaycan arzusunun ifadəsi idi”.
Yazıçı diqqəti hansı mühüm problemə cəlb edir? | Siz bu problem barədə nə düşünürsünüz? |
Firidun obrazı | ||
Xarakterindəki başlıca cəhətlər | Düşüncələri | İnsanlara və hadisələrə münasibəti |