Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz!
Kiçik qruplarda birləşərək şeirin məzmununa aid suallar və onlara cavab yazın.
Sualları və onlara hazırladığınız cavabları təqdimat əsasında müzakirə edin.
Şeirin məzmununu mənimsədiyinizə əmin olduqdan sonra ideyasını müəyyənləşdirin.
Şeiri S.Rüstəmin “Təbrizim” əsəri ilə hansı xüsusiyyətlər üzrə (mövzu, problem, janr, ideya, vəzn)
müqayisə edəcəyinizi müəyyənləşdirin.
Müqayisənin nəticəsini cədvəldə qeyd edin.
Hansı xüsusiyyətlər üzrə müqayisə olunurlar?
S.Rüstəm. “Təbrizim”
A.Səhhət. “Vətən”
A.Səhhətin “Vətən” şeirinin ilk üç beytinin (aşağıdakı cədvəldə yerləşdirilmiş nümunə işinizi
asanlaşdıracaqdır) ifadəli oxusunu hazırlayın. Əsər əruz vəzninin rəməl bəhrində yazılmışdır. Bu
bəhrin üçtəf’’iləli növündə olan şeirin oxusunda hər təf’’iləyə uyğun olan misra bölümünün bütöv
ifasına çalışın. Lakin bu, misranın oxusundakı bütövlüyə, ahəngdarlığa mane olmamalıdır.
İfaçılıq vəzifəsini (dinləyicilərə nəyi çatdıracağınızı), səsinizin alacağı çalarları, sürətini, ucalığını
və s. müəyyənləşdirin. Unutmayın ki, şeirin məzmunundan asılı olaraq, səsiniz fərqli çalar (qürur,
təntənə, qətiyyət və s.) qazanacaqdır.
FA”ilAtün
Fə”ilAtün
Fə”ilün
Könlümün sev
gili məhbu
bu məni
Vətənimdir,
vətənimdir,
vətənim.
İfaları dinləyib müzakirə edin.
Evdə iş
Kitabxana və ya internetdəki mənbələrdən S.Rüstəmin “Cənub şeirləri” haqqında məlumat toplayın,
təqdimata hazırlaşın.