“Əsərdə Cənubi Azərbaycanın taleyi ilə bağlı ciddi siyasi mətləblər əksini tapmışdır” fikrini doğru
saymaq olarmı? Mövqeyinizi əsaslandırın.
Lirik qəhrəmanın xarakterindəki mühüm cəhətlər, sizcə, hansılardır? Əsərdən səciyyəvi nümunələr
seçməklə fikrinizi əsaslandırın. Cədvəldən istifadə edin.
Lirik qəhrəmanın xarakterindəki başlıca cəhətlər
Bunu təsdiq edən nümunələr
Lirik qəhrəmanın Təbrizlə bağlı hiss və düşüncələri sizdə hansı təəssürat yaratdı?
Şeirin bədii təsir gücünü artıran vasitələr hansılardır? Fikrinizi əsərdən seçdiyiniz nümunələrlə
əsaslandırın. Cədvəldən istifadə edin.
s.s.
Əsərin bədii təsir gücünü artıran vasitələr
Onların rolunun aydınlaşdırılması
Şeirin başlıca ideyası nədir? Cədvəldən istifadə edin.
Əsərin əsas ideyası
Nə üçün belə düşünürsünüz?
Evdə iş
İfadəli oxu ilə bağlı mənimsədiyiniz bilik və bacarıqları tətbiq etməklə şeirin bir neçə bəndinin ifadəli
oxusuna hazırlaşın.
III dərs
Tətbiq • Müzakirə • Yaradıcı iş
Abbas Səhhətin “Vətən” şeirini oxuyun (bunu fərqli formalarda yerinə yetirə bilərsiniz), tanış olmayan
sözlərin mənasını aydınlaşdırın.
Könlümün sevgili məhbubu mənim
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək
Vətəni, məncə, unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim, dolanib qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm, əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.