Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misralar. | Bədii təsvir və ifadə vasitələrinin növü |
Əsərdə diqqətimizi daha çox cəlb edənlər | Bunun səbəbi |
Şair İkinci Dünya müharibəsi illərində sovet ordusu sıralarında Cənubi Azərbaycana getmiş, soydaşlarımızın həyatı, milli azadlıq uğrunda apardıqları mübarizə ilə yaxından tanış olmuşdur. Həmin səfər şairin yaradıcılığında mühüm yer tutan Cənub lirikasının yaranmasına səbəb oldu. Bu silsiləyə daxil olan əsərlər Azərbaycan dərdlərinin tərcümanına çevrilmiş, birliyimizə qənim kəsilənlərə sərt cavab kimi dəyərləndirilmişdir.
“Təbrizim” ideya-məzmunu, bədii gözəlliyi ilə oxucuların diqqətini dərhal cəlb etmiş, otaylıbutaylı soydaşlarımızın böyük rəğbətini qazanmışdır. Lirik qəhrəmanın səmimiliyi, yüksək emosionallığı oxucunu düşünməyə, əsərdə qaldırılan problemlərin mahiyyətini dərk etməyə sövq edir. Əsərdə əksini tapmış mühüm siyasi mətləbləri, bədii gözəlliyi təmin edən vasitələri aşkara çıxarmağa çalışın. Bədii təsvir və ifadə vasitələrindən necə istifadə olunduğuna xüsusi diqqət yetirin.
Əsərdə sizin üçün yeni olan bədii təsvir vasitəsi – metonimiya işlənmişdir. Metonimiya yunan sözü olub addəyişmə deməkdir. Bədii əsərdə bir əşya, hadisə, anlayışın əvəzinə onunla bağlı olan başqa bir ad işlənir. Məsələn, Bakının dərdi var, Bakı xəstədir misrasında şair “Bakı əhalisi” əvəzinə, “Bakı” sözünü işlətməklə metonimiya yaratmışdır. “Təbrizim” şeirində çox vaxt Təbriz sözü həmin şəhərdə yaşayan insanlar anlamında işlənmişdir:
Şair metonimiyadan istifadə etməklə fikrin təsir gücünün artmasına, Vətənimizin birliyi ilə bağlı düşüncələrinin daha təsirli ifadəsinə nail olmuşdur.