...Payız vaxtı bağçamızın heyvaları dəyəndə,
Şaftalılar şirələnib budağını əyəndə.
Göndərərəm sovqatını – sənin də öz payını,
Sən də artır öz əlinlə zəfərlərin sayını.
Get, düşmənin qabağında igid tərpən vüqarla,
Tüfəngini təmiz saxla, atını da tumarla”.
Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən;
Günəş yaydı şöləsini vətənin göylərindən.
Ana baxdı öz oğluna, su da səpdi dalınca...
Şair qəlbi bu səhnədən ilhamını alınca,
– Yaşa, – dedi, – ey qəhrəman! Yaşa, – dedi, – ey Vətən!
Sonra şair dodaqları öpdü ana əlindən.
I dərs
Məzmun üzrə iş
Əsərin oxusundan (bunu fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və s. şəkildə yerinə yetirə bilərsiniz)
sonra aşağıdakı suallara parta yoldaşınızla cavab hazırlayın:
– Gənc oğlan hara hazırlaşır?
– Ana oğluna nə nəsihət edir?
– Ananın fikrincə, döyüşçudə hansı keyfiyyətlər olmalıdır?
– Şairin anaya ehtiramı hansı misralarda daha qabarıq ifadə edilmişdir?
Bu suallar üzrə müsahibədə fəal iştirak edin.
Aşağıdakı tapşırıqları fərdi olaraq yerinə yetirin.
a) Əsər barədə fikirlərinizi ikihissəli gündəlikdə yazın:
s.s.
Əsərdə diqqətimi daha çox cəlb edənlər
Bunun səbəbi
b) Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misraları cədvəldə qeyd edin:
Bədii təsvir və ifadə vasitələri
Onların işləndiyi misralar
Epitet
Epitet
Təkrir
Mübaliğə
Kiçik qruplarda birləşib hər iki tapşırığa hazırladığınız cavabları dəqiqləşdirin. Çıxardığınız nəticələri
təqdimatlar əsasında müzakirə edin.
Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
Ananın oğluna nəsihəti məndə hansı hiss və düşüncələr yaratdı.
Şeiri nəsrə çevirib məzmununu yığcam danışın. Öyrəndiyiniz yeni sözlərdən istifadə edin.