Mikayıl Müşfiqin həyatının son illərinin çox gərgin keçdiyini bilirsiniz. Mübahisələr, böhtan və təqiblər həssas şairin yaradıcılığına təsirsiz ötüşmürdü. Yaxından tanıdığı, istedadına rəğbət bəslədiyi sənət dostlarının repressiya qurbanına çevrilməsi də onu sarsıdırdı. 1935-ci ildə qələmə alınmış “Həyat sevgisi” şeirində bir narahatlıq, təlaş duyulmaqdadır. Diqqətli oxucuda sual yaranır: gənc şair “gündəngünə gözəlləşən bu işıqlı dünyadan”, dostdan, tanışdan nə üçün əl çəkməli idi?
Şeir üzərində müşahidələrinizi davam etdirin. Misraların arxasındakı gizli mətləbləri aydınlaşdırmağa çalışın. Əsər birnəfəsə oxunur, oxucunun qəlbinə hakim kəsilir. Bunun bir mühüm səbəbi onun bədii gözəlliyidir. Əsərin dilindəki aydınlığa, sözlərin, qafiyələrin necə seçildiyinə, bədii təsvir və ifadə vasitələrindən hansı məqsədlə istifadə olunduğuna diqqət yetirin.
Lirik qəhrəmanın... | ||
insanlara münasibəti
(şeirdən nümunələr gətirməklə
aydınlaşdırın)
|
təbiətə münasibəti
(şeirdən nümunələr gətirməklə
aydınlaşdırın)
|
dünyaya münasibət
(şeirdən nümunələr gətirməklə
aydınlaşdırın)
|
s.s. | Lirik qəhrəmanın həyəcanını, narahatlığını əks etdirən söz və ifadələr | Onlardan hansını daha uğurlu saydığınızı əsaslandırın |
Əsərdə qaldırılan başlıca problem nədir? | Bu problemi şairin şəxsi həyatı ilə əlaqələndirmək doğrudurmu? |
Əsərin ideyası | Nə üçün belə düşünürsünüz? (Fikrinizi nümunələrlə əsaslandırın) |