1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın.
Türkiyə və türklər barədə geniş məlumatı olan Y.V.Çəmənzəminli XX yüzilliyin əvvəllərində bu
ölkənin başının üstünü almış təhlükənin böyüklüyünü, xalqın üz-üzə qaldığı məhrumiyyətlərin ciddiliyini,
vətənin müstəqilliyini, azadlığını qorumaq üçün vətəndaşların göstərdiyi ağlagəlməz igidliyi
kiçik bir hekayədə – “Zeybək qızı”nda əks etdirə bilmişdir. Əsər diqqəti dərhal cəlb edir və maraqla
oxunur. Böyük bir ərazisi işğal olunmuş ölkənin və onun insanlarının vəziyyətini təsəvvür etmək oxucu
üçün çətin olmur. Midhəd əfəndi obrazı isə oxucuya güclü təsir edir, onun hiss və düşüncələrinə şərik
çıxmamaq mümkün deyil... Əsərin üzərində müşahidələrinizi davam etdirin, bütün bunlara yazıçının
necə, hansı bədii vasitələrlə nail olduğunu aydınlaşdırmağa çalışın.
Əsərdəki başlıca konflikt |
Onu təbii, inandırıcı sayırsınızmı? |
|
|
Əsərin əsas ideyası |
İdeyanın açılmasında daha əhəmiyyətli olan söz, ifadə və cümlələr |
|
|
“Zeybək qızı” hekayəsini milli azadlıq mövzusunda oxuduğunuz bir əsərlə müqayisə əsasında müzakirə
aparın.