Önlərində zeybək qızı olaraq, fanar alayı körpüyə endi. Bir də körpünü açılmış gördülər. Nümayişçilərin Bəyoğluna keçməməsi üçün ingilislər körpünü açmış və qarşısına mitralyozlu əsgərlər qoymuşdu. Həyəcan artdı. Lakin türk səbri həyəcana qələbə çaldı, əcnəbilərin həyasızlığına qarşı soyuqqanlılıqla cavab verildi. Bir dəqiqədə Xəlicdəki yüzlərcə qayıqlar gənclərlə doldu, Bəyoğluna keçildi...
Avropa imperialistlərindən illərcə çəkdikləri təzyiqi unutmaq üçün İstanbul bir həftə bayram etdi. Bu bir həftədə Türkiyəni xilas edən qadınlığın müməssili deyə zeybək qızını əllərdə gəzdirdilər.
Süjetin mərhələləri | ||||
Bədii müqəddimə (ekspozisiya) | Düyün (zavyazka) | Zirvə (kulminasiya) | Düyünün açılması (razvyazka) | Son (final) |